Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Peşəkarların şəbəkəsi təhsil sahəsinə 1.5 milyard dollar sərmayə qoyur
“LinkedIn” sosial şəbəkəsi “lynda.com” öyrədici saytını satın almaq üçün 1,5 milyard dollar məbləğində müqavilə imzalayıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sosial şəbəkə məbləğin 52 faizini nağd şəkildə, qalan hissəsini öz səhmləri ilə ödəyəcək. Tərəflər 2015-ci ilin ikinci rübündə müqaviləni bağlamağı planlaşdırırlar.
“LinkedIn” sosial şəbəkəsinin icraçı direktoru Cef Uiner deyib ki, hər iki internet resursu peşəkarlara öz fəaliyyət sahəsindəki nailiyyətlərini yaxşılaşdırmağa kömək etməklə oxşar funksiyalar yerinə yetirir.
2003-cü ilin mayında işə salınmış “LinkedIn” peşəkar şəbəkəsinin istifadəçilərinin sayı 340 milyondan çoxdur. Şirkətin heyəti 6800 nəfərdən ibarətdir.
1995-ci ildən işləyən “Lynda.com” saytının auditoriyası 4 milyon istifadəçidən ibarətdir. Resursun səhifələrində biznes sahəsi daxil olmaqla, minlərlə öyrədici kurs yerləşdirilib.
Emil Hüseynov
10/04/15 Çap et