ABŞ öz-özünə yenilənən kompüter yaradır
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) məlumatlarla proqram təminatı yenilənmədən və proqramçılar cəlb olunmadan yüz il fəaliyyət göstərə bilən hesablama sisteminin işlənməsi üzrə layihəyə başlamasını açıqlayıb.
Sistem yeni tip məlumatlara və iş şəraitinə adaptasiya edilməklə proqram alqoritmlərini modifikasiya edəcək.
“Building Resources Adaptive Software Systems” (BRASS) layihəsinin dörd ilə ərsəyə gətirilməsi nəzərdə tutulur. Layihə iştirakçıları vaxtlarını sistemin uzunmüddətli fəaliyyəti üçün lazım olan aparat, proqram resurs və məlumatların müəyyənləşdirilməsinə həsr edəcək.
Layihə çərçivəsində “DARPA” resurslardakı dəyişikliklərə dinamik adaptasiya edilə bilən proqram komplekslərinin tətbiqi konstruksiyasında və üsullarında tərəqqiyə nail olmağı planlaşdırır.
Qeyd olunur ki, yeni fəaliyyət şəraitinə çevik uyğunlaşmaq bacarığının olmaması məhsuldarlığı azaldır, kibertəhlükəsizlik infrastrukturunun inkişafına mane olur və mühüm rəqəmli informasiyaya çıxışın itmə riskini artırır, çünki məlumatları generasiya edən və aydınlaşdıran proqram təminatı köhnəlir.
“DARPA” nümayəndələri bildiriblər ki, proqram alqoritmləri dəyişikliklərə proqramçılar cəlb olunmadan sərbəst şəkildə transformasiya edilmək və uyğunlaşmaq funksiyası ilə təchiz ediləcək.
“BRASS” layihəsinin həyata keçirilməsi üçün xərclər 8-10 milyon dollar məbləğində qiymətləndirilir, -
"CNews” yazır.