Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virtual reallıq əlavəsinə 1,5 milyon dollar sərmayə yatırılıb


“WEARVR” virtual reallıq əlavələri dükanı 1,5 milyon dollar həcmində sərmayə əldə edib. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dükan artıq bir ildir ki fəaliyyət göstərir və 900 əlavə təqdim edir.

Dükan vasitəsi ilə yükləmələrin sayı  200 mini ötüb, baxmayaraq ki, açıq satışda tələb olunan qurğuları tapmaq demək olar ki, mümkün deyil.
 
Şirkət qeyd edilən sərmayələri dükanın funksional zənginləşməsinə yönəltmək niyyətindədir.
 
Aynur Vəliyeva




10/04/15    Çap et