Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-ın poçt xidməti iflas həddinə çatıb
“USPS” (ABŞ-ın Poçt xidməti) rəhbəri Patrik Donaqo şirkətin düşdüyü çətin vəziyyətdən danışıb. Əgər əvvəl analitiklər email, ani mesaj xidmətləri və sosial şəbəkələrin ənənəvi poçtu nəzəri cəhətdən gələcəkdə sıxışdıracağına dair tez-tez fikirlər söyləyirdilərsə, bu gün biz artıq bunun praktik olaraq şahidiyik.
Donaqo bildirib ki, xərclərin azaldılması proqramı çərçivəsində ABŞ-da 3700 “USPS” ofisi bağlanacaq və şənbə günləri məktubların çatdırılması dayandırılacaq. Bundan başqa, şirkət Konqresdən yardım istəməyə hazırlaşır. Yardım edilmədiyi halda o, iflasa uğradığını təsdiq etməyə hazırdır.
07/09/11 Çap et