Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” şirkəti səkkiznüvəli çiplə işləyən “Desire 626G+” smartfonunu təqdim edib
Tayvanın “HTC Desire” şirkəti orta səviyyəli smartfon istehsal xəttini yeniləyib. İki “SİM” kart dəstəkləyən “Desire 626G+” modeli bu kateqoriyaya daxildir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu aparat 1280x720 piksel təsvir ölçülü 5.5 düymlük “IPS” displey, 1,7 QHs takt tezlikli səkkiznüvəli prosessorla təchiz edilib və aparata “HTC Sense” istifadəçi interfeysinə malik “Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.
Smartfonun əsas kamerasının təsvir ölçüsü 13 meqapikseldir, “LED” işıqlandırıcıya malikdir və “Full HD” formatında video çəkilişini dəstəkləyir. 5 meqapiksel təsvir ölçüsündə ön kamera eyni formatda videoçarxlar çəkə bilir.
Bundan başqa, sözügedən smartfon 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, çıxarılıb taxılan “microSD” yaddaş kartları üçün slot, qulaqlıqların qoşulması üçün 3,5 millimetrlik konnektorla təchiz edilib və “3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0” və “GPS/a-GPS” simsiz kommunikasiyalarına malikdir.
Aparatın fiziki ölçüləri 146,9x70,9x8,1 mm, çəkisi 138 qram təşkil edir. Akkumulyator batareyasının tutumu 2000 milliamper/saat təşkil edir. Avtonom iş vaxtı bildirilməyib.
“HTC Desire 626G+” smartfonu artıq Hindistan bazarında təxminən 272 dollar məbləğində satılır. Qurğunun başqa ölkələrə tədarükü haqda hələ ki informasiya yoxdur.
Emil Hüseynov
10/04/15 Çap et