Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə məxfi məlumatların itkisindən şirkətlərə dəymiş ümumi zərər 25-dən 18 milyard dollaradək azalıb
“Zecurion Analytics” şirkəti 2014-cü il üçün dünyada informasiya itkisi üzrə illik tədqiqatını təqdim edib.
Hesabata əsasən, 2014-cü ildə məxfi məlumatların itkisindən şirkətlərə dəyən ümumi zərər 25-dən 18 milyard dollaradək azalıb.
Dünyada bir informasiya itkisindən dəymiş zərər 32-dən 25 milyon dollaradək azalıb.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə dünyada təhlükəsiz şirkətlərin əksəriyyəti əməkdaşlar tərəfindən oğurlanmış məxfi məlumatların nəticələrindən daha çox zərər görüblər. 2012-ci ildə öncədən düşünülməmiş hallar üstünlük təşkil edirdisə, o zaman 2014-cü ildə onlarla məqsədyönlü hücumlar arasında fərq 1.5 faizədək azalıb.
Dünyada ən populyar itki kanalları arasında veb-xidmətlər ilk pillədə qərarlaşıb: təşkilatların 26.7 faizi informasiyanı bu kanal vasitəsilə ötürür. Qeyri-elektron daşıyıcılar ikinci pilləni tutur, il ərzində onların bazar payı 8-dən 13 faizədək yüksəlib.
Ötən illə müqayisədə fiziki şəxslərin maliyyə və tibbi məlumatlarının itkisi halları azalıb. Dövlət və ya kommersiya sirrinin itkisi halları çox azalıb.
Emil Hüseynov
11/04/15 Çap et