Britaniya internet istifadəçilərinin 72 faizi fərdi məlumatların mühafizəsindən narahatdır
“YouGov” şirkəti tərəfindən aparılan tədqiqata görə, Böyük Britaniyanın yaşlı əhalisinin 72 faizi internetdə yerləşdirilən fərdi məlumatlarının mühafizəsindən narahatlıq hissi keçirir.
Məlum olub ki, respondentlərin 32 faizi internetdə fərdi məlumatlarının mühafizəsi üçün pul ödəməyə hazırdır. Bununla yanaşı, istifadəçilərin 29 faizi hesab edir ki, fərdi məlumatların mühafizəsi üçün özləri məsuliyyət daşıyır.
Rəyi soruşulanların 70 faizi internetdə sayt və servislərə abunə olan zaman fərdi məlumatlarını (ad, ünvan və təvəllüd) bölüşür. Bu informasiya adətən bank və digər xidmətlərin göstərilməsi zamanı istifadəçinin identifikasiyası üçün istifadə olunur.
Fərdi məlumatların mühafizəsi ilə bağlı narahatlığa baxmayaraq respondentlərin yarısından çoxu qeyd edib ki, onlayn mühafizə üçün pul ödəmək istəmir. Bundan başqa, rəyi soruşulanların 61 faizi bu fikirdədir ki, istifadəçilərin fərdi məlumatlarının mühafizəsi üçün insanların öz məlumatlarını yerləşdirdiyi əlavə və ya sayt sahibləri cavabdehdir, -
“Payspacemagazine” yazır.