Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NATO-nun kibertəhlükəsizlik məsələləri üzrə eksperti Yüksək Texnologiyalar Parkında mühazirə keçirəcək


NATO-nun Kibertəhlükəsizlik Mərkəzinin baş tədqiqatçısı və Estoniyanın İnformasiya Sistemləri İdarəsinin keçmiş baş direktoru Yaan Priisalu Azərbaycana işgüzar səfər edəcək.
 
Bu ayın 13-14-ü tarixlərində baş tutacaq səfəri çərçivəsində Priisalu ADA Universitetində “İnformasiya əsrində milli təhlükəsizlik: informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfransda məruzəçi qismində iştirak edəcək. Kibercinayətkarlıqla mübarizə və kibertəhlükəsizlik sahəsində 20 ildən artıq təcrübəsi olan Priisalu bu sahədə dünya üzrə nüfuzlu ekspertlərdən hesab olunur.
 
O, həmçinin Estoniyada kibermühitin təhlükəsizliyini qoruyan və öz ətrafında könüllü İT mütəxəssisləri birləşdirən Estoniya Müdafiə Liqasının Kiber Birləşməsinin Tallin İdarəsinin həmtəsisçisi və rəhbəri vəzifəsini də daşıyır.
 
Priisalu  aprelin 14-də Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə Yüksək Texnologiyalar Parkında “Kiberəməkdaşlığın təşkili” mövzusunda açıq mühazirə də keçirəcək. Mühazirə saat 17:30-da başlayacaq.
 
 
SEYMUR




11/04/15    Çap et