Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən ay “Elektron hökumət” portalında mobil cihazların qeydiyyatına dair 42 314 müraciət qeydə alınıb
Mart ayında “Elektron hökumət” portalına edilən müraciətlərin 42 314-ü mobil cihazları qeydiyyatdan keçirməklə bağlı olub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb.
“Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidmətinin təchizatçısı qismində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edir.
Sözügedən xidmət vasitəsilə mobil cihazların qeydiyyatdan keçirilməsi və rüsumun onlayn ödənilməsi mümkündür.
CAHANGİR
11/04/15 Çap et