Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı şirkət ABŞ-da aparıcı smartfon istehsalçısıdır?
"comScore" analitik firmasının ekspertləri ABŞ-da mobil əməliyyat sistemləri bazarının inkişafını əks etdirən hesabatını dərc ediblər. Statistikaya əsasən, "Apple" şirkəti ABŞ-da liderdir.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, "ComScore"nin hesabatına əsasən, fevralın sonunda ABŞ-ın 186,3 milyon sakini smartfondan istifadə edib ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 5 faiz yüksəkdir. "Apple"ın proqram platforması ötən ayın tendensiyasını saxlamağa nail olmayıb. "Android" mobil platforması öz mövqeyini möhkəmləndirib.
"Apple" şirkəti ABŞ bazarında ən populyar smartfon istehsalçısıdır, "Samsung" şirkəti ikinci pillədə qərarlaşıb.
Emil Hüseynov
13/04/15 Çap et