Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ötən ay vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib
Mart ayında ölkə vətəndaşları “Elektron hökumət” portalındakı “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 6123 dəfə istifadə edib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb.
Sözügedən elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC, BOKT “İdeal Kredit” MMC və “Azərbaycan Lizinq Şirkəti” MMC faydalanmaqdadır.
Qeyd edək ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb. Adları qeyd olunan banklara, bank olmayan kredit təşkilatlarına və lizinq şirkətinə müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.
CAHANGİR
13/04/15 Çap et