İnsanların hərəkətini təqlid edən proqram yaradılıb
“Adobe” şirkəti tamamlanmış reallıq elementinə malik olan iki əlavə proqram təqdim edib.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Project Candy” layihəyə sazlanmaların avtomatlaşdırılmış şəkildə tətbiqi və istifadəçini əhatə edən mühitin palitrasını yaratmaq üçün ərsəyə gətirilib.
“Character Animator” adi animasiyaya əks-kinematika əlavə edir. Bu o deməkdir ki, istifadəçi noutbuk qarşısında bədənini idarə edir, ekrandakı personaj isə onun hərəkətlərini maksimal dəqiqliklə təqlid edir.
Aynur Vəliyeva