Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” yaxın zamanda dünya bazarına ən nazik planşetini təqdim edəcək


“Dell” şirkəti yaxın zamanda dünya bazarına yeni nəsil ən nazik noutbuk təqdim edəcək.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru”  saytına istinadən verdiyi məlumata əsasən, yeni qurğunun qalınlığı cəmi 6 millimetr təşkil edir.
 
Bu arada “Dell Venue 10 7000”-ün xüsusiyyətləri heç də  sıradan deyil. “Venue 10” planşeti 2560x1600 piksel ölçülü 10,5 düymlük displey ilə, dördnüvəli “İntel Atom Z3500 Moorefield”, 2 Gb əməliyyat yaddaşı və 3D kamera ilə təchiz edilib.
 
 Planşetin qiymətinin təqribən 499 dollar olacağı ehtimal edilir.
 
Aynur Vəliyeva
 




13/04/15    Çap et