“BMW Group” sürücülər üçün tamamlanmış reallıq eynəklərinin prototipini təqdim edib
“BMW Group” şirkəti sürücülər üçün tamamlanmış reallıq eynəklərinin prototipini təqdim edib.
“ICTnews” xəbər xidmətinin “
www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, alman istehsalçılarına eynəklərin hazırlanmasında “Qualcomm”un mütəxəssisləri kömək edib. Eynəklər isə “Osterhout Design Group”un qurğularına çox oxşayır. Baxmayaraq ki, onlar “BMW”-nin şəxsi “DesignworksUSA” studiyası tərəfindən layihələndirilib.
Yeni eynək modeli sürücülərə naviqasiyada, parklamada dəstək olur, görüntünü genişləndirir və avtomobil haqda məlumatı təsvir edirlər.
Aynur Vəliyeva