Yüksək Texnologiyalar Parkında “Digital marketinq – ən məqsədyönlü vasitədir” adlı təlimlər keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN ) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı və onun Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən "DMI Azerbaijan" "Digital marketing – ən məqsədyönlü vasitədir" şüarı altında növbəti təlimlərə başlayır.
Sayca ikinci olan "Professional Diploma in Digital Marketing" kursu özündə 10 dərs modulunu birləşdirərək, hər dərsin əsas məqsədi – müştərilərin onlyan/rəqəmli məcrada əldə edilməsi və saxlanılmasına yönəltməkdir.
Qeyd edək ki, hazırda davam edən ilk "Professional Diploma in Digital Marketing" kurslarında bank, telekommunikasiya, elektronika, marketinq, tikinti və digər sahələrin peşəkarları öz biliklərini artırır, onları tətbiq edərək hədəflədikləri göstəricilərə nail olurlar. Bir sözlə, "DMİ Azerbaijan"ın əsas məqsədi bazarın yetərli biliklərə sahib olaraq daha da böyüməsinə doğru addımlamaqdır.
Xatırladaq ki, "DMİ Azerbaijan"ın təqdim etdiyi "Professional Diploma in Digital Marketing" kursları Yüksək Texnologiyalar Parkında keçirilir. İştirakçılar həftənin cümə günü 19:00 - 21:00 və şənbə günü 11:00 – 13:00 saatları arası həm nəzəri biliklərə yiyələnir, həm də onları təcrübədə tətbiq edirlər.
1 May 2015 tarixində başlayacaq "Professional Diploma in Digital Marketing" kursları üzrə ətraflı məlumatı "dmi.mak.az/pddm" üzərindən əldə edə bilərsiniz. Yaranan suallara "dmi.mak.az/faq" bölümü ilə cavab tapa bilər və iş günləri 012-555-25-25 nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Kursda iştirak etməkdən öncə "Digital Marketing" biliklərinizi
"bu link'"-ə daxil olmaqla yoxlaya bilərsiniz.
"DMI Azerbaijan" Avropanın "Digital Marketing" sahəsi üzrə dünya standartlarını təyin edən "Digital Marketing Institute" Universitetinin Azərbaycanda rəsmi tərəfdaşıdır.
Həqiqət İSABALAYEVA