Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Üzük formasında kiçikölçülü proyektor təqdim edilib
Çinin “Baidu” internet nəhəngi “DuRing” adlı kiçikölçülü proyektorunu təqdim edib. Qurğu üzük formasında hazırlanıb.
“Baidu DuRing” proyektorunun korpusu titan ərintisindən hazırlanıb və qalınlığı 18 mm-dir. Cihazın çəkisi 22,8 qram təşkil edir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yığcamlığına baxmayaraq, bu proyektor 50 düym diaqonallı və 1280x800 piksel təsvir ölçüsündə təsviri göstərir. Qurğu multimedia məzmununu simsiz üsulla “Baidu” video xidmətindən əldə edir.
“Baidu DuRing” proyektoru “Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyası ilə təchiz edilib. Bu halda daşınan cihaz 15 saatadək avtonom işləyə bilir.
Qurğu haqda başqa məlumat açıqlanmır.
Emil Hüseynov
13/04/15 Çap et