Yeni sosial layihənin təqdimatı keçiriləcək
“Caspinet” şirkətinin təşkilatçılığı, “Microsoft BizSpark”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində Yüksək Texnologiyalar Parkı (YT Park), RYTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) dəstəyi ilə yeni sosial layihə olan “E-TAP”-ın təqdimat mərasimi keçiriləcək.
Layihənin meneceri Kamran Talıbov bildirib ki, sayt 15.04.2015-ci il tarixindən etibarən fəaliyyətə başlayacaq:
“İtirilmiş əşyaların qeydiyyatı və axtarışı xidmətini yerinə yetirəcək “Etap.az” adlı bu layihə vasitəsilə itirilmiş əşya sahibləri itirdikləri əşya barədə saytda pulsuz elan verə biləcəklər. Layihənin əsas məqsədi internet imkanlarından istifadə edərək asanlıqla itirilmiş əşya haqqında elan yayımlamaq, itirilmiş və ya tapılmış əşyanın sahibinə qaytarılması ilə bağlı yüksək ödənişsiz xidmət təmin etmək və cəmiyyətdə sosial fayda vərdişləri yaratmaqdır. Veb versiya kimi təqdim olunacaq “Etap.az” gələcəkdə mobil tətbiq kimi istifadəçilərin xidmətinə təqdim olunacaq. Bu da öz növbəsində daha çox istifadəçiyə daha çox xidmət göstərməyə imkan yaradacaq. Artıq 01.02.2015-ci il tarixindən rəsmi “Facebook” səhifəsi “
https://www.facebook.com/etap.az” fəaliyyət göstərir”.
Layihə çərçivəsində gündəlik restoranlar şəbəkəsi, Bakı Metropoliteni, idman sağlamlıq mərkəzləri, nəqliyyat şirkətləri, sosial iaşə obyektləri və digər təşkilatlarla əməkdaşlıq qurulacaq:
“Həmçinin layihənin gələcəkdə region üzrə bazara çıxma ehtimalını nəzərə alaraq qeyd etmək mümkündür ki, qeyd olunmuş istifadəçi sayı dəfələrlə arta bilər. “Etap.az” xidmətlərini tamamilə pulsuz təqdim edir. Ödənişli “premium” elanların imkanlarından istifadə edərək elan sahibləri elanın daha çox görüntülənməsini əldə edə bilər. Əsas gəlir mənbəyi kimi “premium” elanlardan başqa saytda reklam imkanları satılacaq. Statistik göstəricilərə əsasən bazardakı şirkətlərə “Etap.az” vasitəsilə öz məhsul və xidmətlərini reklam etmək imkanı veriləcək”.
Həqiqət İSABALAYEVA