Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əmək münasibətləri barədə dolğun elektron məlumat bazası formalaşır


Cari ilin mart ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 104903 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 22725 ədəd istifadə sayı qeydə alınıb.
 
Habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ötən ay “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 8265 ədəd təşkil edib. Hər üç xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında ilk yerləri tutur.
 
Ümumilikdə ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim olunan bütün e-xidmətləri üzrə istifadə sayı 138080 ədəd olmaqla bu portal üzərindən 42 qurum tərəfindən 280 növdə göstərilən  e-xidmətlərdən cəmi istifadə sayının (658481 ədəd) 20,9%-ni təşkil edib.
 
Nazirlikdən bildirilib ki, ötən ilin ortalarında  istifadəyə verilən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmasına xidmət edir. Ən çox  istifadə olunan e-xidmətlər sırasında daim birinciliyi ilə seçilən bu xidmətin istifadəyə verilməsi əmək münasibətləri barədə dolğun elektron məlumat bazasının formalaşmasına imkan yaradıb:
 
“Bu isə ƏƏSMN tərəfindən hazırda vətəndaşların daha çox istifadə etdiyi xidmətlərdən olan  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaradılaraq istifadəsinə verilməsini şərtləndirib”.
 
 
 
 
Həqiqət İSABALAYEVA




14/04/15    Çap et