Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb


Azərbaycan Dövlət Statistika Komitəsi bu ilin yanvar-mart ayları üzrə ölkədə həyata keçirilən elektron ticarətin həcmini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, cari ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2720,0 min manat olub.
 
Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil edib.
 
CAHANGİR




14/04/15    Çap et