Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu saat bazardakı bütün “ağıllı” rəqiblərini geridə qoyacaq


“Asus” şirkəti “VivoWatch” adlı “ağıllı” saatını təqdim edib. Qurğunun əsas özəlliyi avtonom iş vaxtının uzunmüddətli olmasıdır.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, şirkətin nümayəndəsi hələ ki “ağıllı” saatın bütün xarakteristikalarını açıqlamayıb, ancaq bildirilib ki, “VivoWatch” smart saatı 10 gün ərzində avtonom işləyə bilir.
 
 Yeni qurğu bu göstərici üzrə bazarda təqdim edilmiş bütün “ağıllı” saatları geridə qoyur. Yalnız yeni nəsil “Pebble” “ağıllı” saatları ona rəqib ola bilər. İstehsalçı “VivoWatch” “ağıllı” saatını, hər şeydən əvvəl fitnes həvəskarları və sağlam həyat tərzinin pərəstişkarları üçün nəzərdə tutulmuş qurğu kimi qələmə verir.
 
Sözügedən saat daxili ürək döyüntüsü ötürücüsü, həmçinin sağlamlıq və fitnes üçün öncədən quraşdırılmış tətbiqlər dəstinə malikdir. Bundan başqa, qurğunun korpusu “IP67” standartı üzrə su və çirkdən qorunur.
 
“Asus VivoWatch” “ağıllı” saatının bazara çıxarılma müddəti, həmçinin dəyəri haqda hələ ki məlumat yoxdur.
 
Emil Hüseynov




14/04/15    Çap et