Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Google"-un Malayziya servisi hakerlər tərəfindən hücuma məruz qalıb
Bir müddət öncə "Google" şirkətinin Malayziyadakı veb saytı sındırılıb və internet istifadəçiləri sayta daxil olduqda avtomatik "Google Malaysia Hacked by Tiger-Mate #Bangladeshi Hacker" yazılı səhifəyə keçid alıblar.
“ICTnews” xəbər xidmətinin "Reuters"ə istinadən verdiyi məlumata əsasən, "Google" şirkətinin Malayziya nümayəndəsi bildirib ki, şirkət domen adları idarə edən “MYNİC” adlı təşkilata problemin həll edilməsini tapşırıb.
Məlumat üçün bildirək ki, “MYNİC” ölkənin Multimedia və Kommunikasiya Nazirliyi tərəfindən idarə olunur və şirkətin veb saytı da daxil olmaqla bütün ".my" domeni üzərindən işləyən veb saytların administratorudur.
Aynur Vəliyeva
14/04/15 Çap et