Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Nokia" şirkəti "Alcatel-Lucent" şirkətini almaq üçün danışıqlar aparır
Dünyanın aparıcı mobil qurğu istehsalçısı "Nokia" şirkəti "Alcatel-Lucent" şirkətini almaq üçün danışıqlar aparır.
“ICTnews” xəbər xidmətinin "Reuters" İnformasiya Agentliyinə istinadən verdiyi məlumata əsasən, Avropa telekommunikasiya avadanlığı qrupunun satınalması sazişinin dəyəri 40 milyard dollar dəyərləndirilir.
Şirkətlərin birgə bəyanatında bildirilib ki, şərtlər hələ ki dəqiqləşdirilməyib. Amma danışıqların yekunu ya razılaşmaya, ya da tranzaksiyaya gətirəcək.
Bəyanat "Nokia" şirkətinin Fransada yerləşən "Alcatel " şirkətinin mobil şəbəkəsini almaq xəbərinin yayılmasına cavab reaksiyası olub.
Aynur Vəliyeva
14/04/15 Çap et