Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera” öz mobil istifadəçilərinin sayını iki dəfə artırmağa ümid edir
"Opera Software" brauzer istehsalçısı mobil qurğu sahibləri arasında öz məhsullarının istifadəçilərinin sayını iki dəfə artırmağa ümid edir.
"Android" mobil platforması üçün "Opera Mini" brauzerinin yeni versiyası bu işdə Norveç şirkətinə kömək olacaq.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hazırda 130 milyon smartfon sahibi "Opera" şirkətinin brauzerlərindən istifadə edir. 2017-ci ildə bu auditoriya 275 milyon nəfərədək artmalıdır və şirkətin mobil istifadəçilərinin ümumi sayı 350 milyonadək artacaq.
Bir qayda olaraq smartfon sahibləri daha aktiv internet istifadəçisidirlər.
Emil Hüseynov
15/04/15 Çap et