Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS” mobil platformasının bazar payı 79 faizə çatıb


“Apple” korporasiyası mobil əməliyyat sistemi bazarında “iOS” platformasının bütün versiyalarının göstəricisini əks etdirən statistikanı müntəzəm yeniləyir.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, yeni məlumatlara əsasən, “iOS 8” mobil platformasının bazar payı davamlı yüksəlir. Martda hazırda aktual olan versiya bazarın 77 faizinə nəzarət edirdisə, aprelin 14-nə olan məlumata əsasən, bu platformanın bazar payı 79 faizədək yüksəlib.
 
Hazırda “Apple”ın istehsalı olan hər beşinci smartfon və planşeti “iOS 7” sistemi ilə işləyir.
 
Emil Hüseynov
 




15/04/15    Çap et