Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb


2015-ci ilin birinci rübündə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 11,5 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Komitədən bildirilib ki, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,0 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artıb.
 
 
Bu dövrdə ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində, 34,7 faizi sənayedə, 16,2 faizi isə sosial və digər xidmətlər sahəsində yaradılıb.
 
 
SEYMUR




15/04/15    Çap et