Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beyin yeni biometrik parol olacaq


Cənubi Koreyanın internet və təhlükəsizlik məsələləri ilə məşğul olan “KISA” agentliyi yeni nəsil biometrik texnologiya hazırlamasını açıqlayıb.

Layihə gələcəkdə beyin və ürəkdən internetdə müxtəlif hesablara daxil olmaq üçün parol kimi istifadəyə imkan verəcək.  
 
Biosiqnallar - məsələn, kardioqram və elektroensefaloqram barmaq izləri, qüzehli qişa və üzün skan edilməsindən sonra növbəti autentifikasiya səviyyəsidir. Yeni texnologiyalar artıq sertifikatlaşdırılıb və 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.
 
Bildirilir ki, “KISA” biometrik texnologiyaların tətbiqi üzrə elmi-tədqiqat komitəsi təsis edib. Bu sahədə çalışan ekspertlər Cənubi Koreyanın tibb universitetləri nəzdində fəaliyyət göstərən aparıcı klinikalarda tədqiqatlarla məşğul olurlar. Layihənin hazırlanmasında həmçinin gələcəkdə biosiqnalları öz məhsullarına tətbiq etmək istəyən biznes nümayəndələri, eləcə də telekommunikasiya sahəsi mütəxəssisləri iştirak edir. 
 
Aparılan tədqiqatlar Asiya Biometriya Konsorsiumu ilə birləşdiriləcək. Bu, diqqəti fərdi biometrik göstəricilərin təhlilinə, mobil telefonlardan biosiqnalların oxunması üçün sensorların standartlaşdırılmasına və təhlükəsizliyə yönəltməyə imkan verəcək.
 
Texnologiya daşınan qurğular vasitəsilə biosiqnalların ölçülməsini və məlumatların smartfonlara ötürülməsini nəzərdə tutur, - "Payspacemagazine yazır.




15/04/15    Çap et