Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompakt-disklər sıradan çıxır?!


“The Wall Street Journal” nəşri Beynəlxalq Səsyazma Sənayesi Fedrasiyasının məlumatına istinadən yazır ki, 2014-cü ildə internet üzərindən musiqi satışı və striminq musiqi xidmətindən əldə olunan qlobal gəlir ilk dəfə kompakt-disklərin satışını ötüb.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bir ildə kompakt-disk və fiziki daşıyıcıların satış həcmi 8 faiz azalaraq 6,82 milyard dollar təşkil edib. Əksinə, internet üzərindən musiqi satışından əldə olunan gəlir təxminən 7 faiz yüksələrək 6,85 milyard dollar olub.

“Spotify” və “Beats Music” kimi striminq musiqi xidmətləri bəzi artistlər tərəfindən tənqidə baxmayaraq inkişaf edir.

Emil Hüseynov




15/04/15    Çap et