Vətəndaşlar "Elektron hökumət" portalı üzərindən daha 4 elektron arayışı əldə edə biləcəklər
Bu gün "Elektron hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən vətəndaşlarımızın istifadəsinə verilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, istifadəçilər tərəfindən səbirsizliklə gözlənilən həmin e-arayışlar aşağıdakılardır:
-
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış
-
Yaşayış yeri haqqında arayış
-
FİN-ə görə fərdi məlumatların axtarışı
-
Diplom haqqında məlumatlar
Rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı arayış - Vətəndaşlar portalda (www.e-gov.az) qeydiyyatdan keçərək bu e-xidmət vasitəsilə rabitə xidmətləri borcu barədə e-arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
Yaşayış yeri haqqında arayış - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, qeydiyyatda olduğu ünvan və doğulduğu yer haqqında arayışı formalaşdıra bilərlər. E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür .
FİN-ə görə fərdi məlumatların axtarışı - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, şəxsiyyət vəsiqəsi üzrə məlumatları haqda e-arayışı formalaşdıra və müvafiq quruma göndərə bilərlər. Arayışın tərkibində aşağıdakı məlumatlar əks olunur:
-
Soyad, ad, ata adı
-
FİN
-
ŞV verilmə tarixi
-
Etibarlılıq tarixi
-
Verən orqanın adı
-
Vətəndaşlıq
-
Yaşayış ünvanı
-
Doğum yeri
-
Doğum tarixi
-
Boy
-
Qan qrupu
-
Ailə vəziyyəti
-
Hərbi vəzifə
-
Cins
-
Göz rəngi
Diplom haqqında məlumatlar - Vətəndaşlar portalda qeydiyyatdan keçərək bu e-xidmətə daxil olub, tərkibində vətəndaşın şəxsiyyət vəsiqəsi və təhsil aldığı müəssisə üzrə informasiyaları özündə birləşdirən e-arayışı formalaşdıra bilir. Bu e-arayışda aşağıdakı məlumatlar əks olunur:
-
Qəbul olduğu təhsil müəssisəsinin adı
-
Qəbul olduğu ixtisas
-
Yerdəyişmə üzrə məlumatlar
-
Bitirdiyi təhsil müəssisəsinin adı
-
Bitirdiyi ixtisas
-
Fakültə
-
Təhsil pilləsi
-
Təhsil forması
-
Təlim dili
-
TQDK-nın qəbulla bağlı sərəncamının nömrəsi və tarixi
-
Təhsil müəssisəsinə daxil olduğu il
-
Təhsil müəssisəsini bitirdiyi il
-
Diplomun seriya və nömrəsi
-
Diplomun növü
E-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.
Sözügedən e-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır, bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil olmaq kifayətdir.
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.
Aynur Vəliyeva