Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bu ilin birinci rübündə informasiya və rabitə xidmətlərindən 380 milyon manat gəlir əldə edilib


Azərbaycanda bu ilin birinci rübü ərzində informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi 9,3 faiz artıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında ölkədə ilin ilk üç ayı ərzində 379,4 milyon manatlıq informasiya və rabitə xidməti göstərildiyi bildirilib. 

İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,4 faiz düşüb.
 
Rüb ərzində xidmətlərdən əldə olunmuş gəlirin 54,3 faizi mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 0,5 faiz artaraq 206,2 milyon manat təşkil edib.
 
 
Aynur Vəliyeva




15/04/15    Çap et