Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” selfi həvəskarlarını sevindirib
“Microsoft” şirkəti ucuz iki SIM kart dəstəkləyən “Lumia 540” smartfonunu təqdim edib.
“Microsoft Lumia 540” modeli 1,2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 200” prosessoru ilə təchiz olunub və “Windows Phone 8.1” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İstifadəçilər gələcəkdə aparata “Windows 10” platformasını quraşdıra biləcəklər.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. Bundan başqa, məzmunu “microSD” yaddaş kartında və “OneDrive” “bulud” xidmətində yadda saxlamaq.
Aparat “IPS” matrisli 5 düymlük “HD” təsvir ölçülü ekran və iki kamera (avtofokus və işıqlandırıcıya malik 8 meqapiksellik əsas kamera, həmçinin 5 meqapiksellik ön kamera) ilə təchiz edilib.
Qurğunun fiziki ölçüləri 144x73,69x9,35 mm, çəkisi 152 qramdır. Akkumulyator batareyasının tutumu 2200 milliamper/saat təşkil edir. Danışıq rejimində avtonom iş vaxtı 26 saatdır. Qurğu eyni zamanda iki SIM kartın quraşdırılmasını dəstəkləyir.
“Microsoft Lumia 540” modelinin satışı 2015-ci ilin mayına nəzərdə tutulub. Smartfonun dəyəri təxminən 150 dollar olacaq.
Emil Hüseynov
16/04/15 Çap et