Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cənubi Koreya şirkəti “Apple” ilə iş üzrə bölmə yaradıb
Cənubi Koreyanın “Samsung” şirkəti bilavasitə rəqibi “Apple” şirkəti ilə fəaliyyət göstərəcək xüsusi bölmə yaradıb.
Struktura şirkətin 200-dək əməkdaşı daxil olub. Aprelin 1-də yaradılan və "Samsung Display Co” törəmə şirkətinə daxil olan bölmə “Apple” məhsulları üçün displeylərin hazırlanması və istehsalı ilə məşğul olacaq.
Hazırda ABŞ istehsalçısı “Samsung” şirkətinə komponentlər sifariş edən nəhəng sifarişçilərdən biridir. Məsələn, “Apple” artıq Cənubi Koreya istehsalçısından "MacBook” və “iPad” modelləri üçün displeylər alır. Bundan başqa, “Samsung” ABŞ şirkəti üçün müxtəlif qurğular, o cümlədən “iPhone” smartfonları üçün prosessorlar istehsal edir, - "Gazeta” yazır.
16/04/15 Çap et