Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası “Google” şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı ittiham irəli sürüb


Avropa Komissiyası ABŞ-ın “Google” şirkətinə qarşı antiinhisar qanunvericiliyini pozmaqla bağlı ittiham irəli sürmək qərarına gəlib. 
 
Müvafiq qərar rəqabət üzrə Avropa komissarı Marqaret Vestager tərəfindən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə məsləhətləşmələrdən sonra qəbul olunub.
 
İttihamın irəli sürülməsi ilə bağlı informasiya sonradan Avropa Komissiyasının saytında yerləşdirilib. Məlumatda qeyd olunur ki, iddialarla bağlı rəsmi bildiriş “Google”un ünvanına göndərilib.
 
Xatırladaq ki, Avropa Komissiyası ABŞ şirkətini məhsul və xidmətlərinin tanıdılması üçün internet axtarışı bazarında lider mövqeyindən (şirkət Aİ bazarının 90 faizinə sahibdir) sui-istifadədə, eləcə də rəqiblərinin kontentinin sürətini çıxarmada, reklamçıların və proqram təminatı tərtibatçılarının fəaliyyətini haqsız məhdudlaşdırmada ittiham edir, - “ NEWSru yazır.




16/04/15    Çap et