Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti yeni qabaqcıl smartfonunu təqdim edib


Çinin “Huawei” şirkəti Londonda keçirilmiş tədbirdə öz yeni qabaqcıl “Huawei P8” flaqman smartfonunu təqdim edib.
 
Aparatın alüminium korpusu 6,4 mm-dir, bu da “Samsung Galaxy S6” smartfonunun korpusundan 0,4 mm, “Apple iPhone 6” ilə müqayisədə 0.5 mm kiçikdir. Şirkətin nümayəndəsi bildirib ki, aparatın konstruksiyası elə hazırlanıb ki, metal korpus siqnalı ekranlamasın və rabitənin keyfiyyətini pisləşdirməsin.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, ekranın diaqonalı 5,2 düym təşkil edir və “IPS” texnologiyası üzrə hazırlanıb. 64 bitlik “Huawei Kirin 930/935” çipseti ilə təchiz edilib. “Ascend P7” smartfonu ilə müqayisədə çipsetin məhsuldarlığı 80 faiz yüksəkdir.
 
Aparat 2600 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Standart rejimdə avtonom iş vaxtı 1.5 gün, aktiv istifadə rejimində 1 gün təşkil edir. Xüsusi texnologiya akkumulyatoru çox işlədən mobil tətbiqləri bloklayır.
 
“P8” smartfonunda kamera təkmilləşdirilib.
 
Kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir və optik sabitləşmə ilə təchiz edilib.
 
Qurğu “SİM” kartlar üçün iki konnektorla təchiz edilib və “LTE” texnologiyasını dəstəkləyir. Hər bir “SİM” karta radiomodul quraşdırılıb. Hər iki kart eyni zamanda “LTE” şəbəkəsində işləyə bilər. İstifadəçi həm iki “SİM” kartdan, yaxud bir və ya yaddaş kartından istifadə edə bilər.
 
Smartfon dörd rəngdə (qara, boz, qızılı və ağ) əlçatan olacaq.
 
Emil Hüseynov
 
 
 




16/04/15    Çap et