Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “ağıllı” saatlarının eksklüziv variantını təqdim edib


"Apple" şirkəti "ağıllı saat" istehsal xəttində almaz və qiymətli metalların tətbiqi ilə hazırlanmış eksklüziv variantını təqdim edib.

"ICTnews" elektron xəbər xidməti "tass.ru" saytına istinadən bildirir ki, Kaliforniyanın "KPCC" radiostansiyasının məlumatına əsasən, fərdi sifarişləri yerinə yetirən Britaniyanın "Goldgenie Global" şirkəti bahalı kateqoriyalı "ağıllı" saat istehsalı üzrə "Apple" ilə müvafiq razılaşma imzalayıb.

"177 min dollar məbləğində "ağıllı" saatların bazara çıxarılması birgə işin nəticəsidir. 24 karatlıq qızıl və ya platindən hazırlanmış korpus almazlarla bəzədilib" – radiostansiya məlumat verib.

"Apple" şirkəti tərəfindən təklif edilən "Apple Watch" "ağıllı" saatı 349-549 dollar arasında dəyişilir. "Apple", həmçinin 10-17 min dollar məbləğində 18 karatlıq qızılla bəzədilmiş korpusa malik saatlarını təklif edir.
"Apple Watch "ağıllı" saatlarına maraq o qədər yüksəkdir ki, onların eksklüziv variantına da tələbat var – Britaniya şirkətinin direktoru Leyban Rumis deyib.

Emil Hüseynov
 
 
 




16/04/15    Çap et