Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakı 2015” I Avropa Oyunları üçün mobil radiomonitorinq stansiyası təhvil verilir


“Bakı 2015” I Avropa Oyunlarında istifadəsi nəzərdə tutulan və Ukraynadan alınan “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyasının növbəti təhvil-təslim mərhələsi keçirilir.
 
Təhvil-təslim mərhələsində iştirak etmək məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) baş mühəndisi İlham Əfəndiyev və DRİ-nin radiomonitorinq şöbəsinin rəisi Pərviz Hüseynov 17-23 aprel 2015-ci il tarixlərində Ukraynanın Xarkov şəhərinə ezam ediliblər.
 
Qeyd edək ki, radiotezliklərin müdafiəsinin təşkili ilə bağlı nazirliyin Dövlət Radiotezliklər İdarəsi tərəfindən mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 avtomobil alınıb. Avtomobillər oyunlar zamanı radiotezliklərin radiomonitorinqi və yer təyini üçün istifadə olunacaq.
 
Yeni alınmış “ATLAS 40G-S” mobil radiomonitorinq stansiyalarının texniki xarakteristikalarına gəlincə, buraya radiosiqnalların aşkar edilməsi (20 MHs-40 GHs); radiosiqnalın yerinin təyin edilməsi (pelenqasiya) (30 MHs-6 GHs); radiosiqnalın istiqamətinin təyin edilməsi (20 MHs-40 GHs); analizatorun tipi (ROHDE&SCHWARZ FSV40); stansiyanın yerləşdiyi avtomaşının tipi (Ford Transit); müşahidə edilən siqnalların polyarizasiyası (Horizontal,Vertikal) daxildir.
 
 
Həqiqət İSABALAYEVA




16/04/15    Çap et