Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tamamilə avtonom işləyə bilən videokamera yaradılıb


Kolumbiya Universitetində işləyən amerikalı alimlər dünyada tamamilə avtonom işləyə bilən ilk kamera prototipini yaradıblar.
 
“The Verge” nəşri yazır ki, alimlərdən ibarət komanda bildirib ki, onlar həmişə video çəkə bilən ilk kamera yaratmağa nail olublar. "Bizim yaratdığımız kamera prototipi tamamilə avtonom işləyən videokameradır" – nəşr alimlər qrupunun direktoru Şri Nayaradan sitat gətirib.
 
"ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, videokamera 30x40 piksel təsvir ölçüsünə malik ötürücü ilə təchiz edilib.
 
Nəşrin məlumatına əsasən, qurğunun çəkdiyi videonun keyfiyyəti çox aşağıdır. Belə çəkilişin sürəti bir saniyədə yalnız bir kadrdır.
 
Emil Hüseynov




17/04/15    Çap et