Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Yahoo!" və "Microsoft" axtarış sazişinə dəyişikliklər ediblər
"Microsoft Corp" və "Yahoo İnc" şirkətləri 2009-cu ildə imzaladıqları axtarış partnyorluğuna dəyişiklik ediblər.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dəyişiklik "Yahoo!" şirkətinə axtarış nəticələrinin mobil telefonlarda və kompüterlərdə necə göstərilməsinə əlavə səlahiyyətlər verir.
"Microsoft"-un keçmiş baş direktoru olan Stiven Balmer və "Yahoo!" şirkətinin keçmiş rəhbəri olan Karol Bartz tərəfindən yaradılan 10 illik partnyorluq tərəflərə 5 il keçdikdən sonra dəyişiklik və ya sazişi ləğv eləməyə imkan verir. Keçən ay müqavilənin təkrar baxılması üçün şirkətlər 30 gün vaxt ayırıblar.
Daha əvvəl "Microsoft" “Bing” axtarış sistemi nəticələrin "Yahoo!" veb saytlarda necə göstərilməsini idarə edirdi. "Microsoft" indi reklamları özünün “Bing Ads Platforma”nın köməyi ilə çatdırır. "Yahoo!" buna qədər “Bing” axtarış reklamlarının satışına cavabdeh idi. Müqaviləyə gəlirin paylaşılması daxildir. Razılaşmaya görə, "Microsoft" “Yahoo!” axtarış sistemindən çatdırılmış “Bing” reklamlarına görə müəyyən faiz ödəyir. Bu struktur dəyişməz qalır. Qeyd edək ki, yayılan informasiya fonunda bu səhər "Yahoo!" və "Microsoft" səhmlərinin qiymətinin azalması müşahidə olunub.
Aynur Vəliyeva
17/04/15 Çap et