Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Taxma dırnaq şəklində hazırlanmış “NAILO” qurğusu kompüter “maus”unu əvəz edəcək


Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları barmağa taxılan kiçikölçülü simsiz trekpad hazırlayıb.

“NailO” adlı prototip taxma dırnaqlara çox oxşardır. Qurğu əlin baş barmağına bərkidilir və şəhadət barmağının səth üzrə hərəkəti hesabına idarə olunur.

"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “NailO” taxma dırnaq şəklində hazırlanmış və informasiyanın daxil edilməsi üçün nəzərdə tutulmuş daşınan qurğudur. Kiçikölçülü trekpad mobil qurğuya qoşulur.

“NailO” qurğusu jestlərin köməyi ilə telefon və ya fərdi kompüterdə müxtəlif hərəkətləri yerinə yetirməyə imkan verir və çıxarılıb taxılan qoymalar sayəsində istifadəçi asanlıqla qurğunun görünüşünü dəyişdirə bilər.

Emil Hüseynov




18/04/15    Çap et