Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Qarabağ” telestansiyası bu ay istifadəyə veriləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəbhə bölgələrində rabitə və informasiya, o cümlədən televiziya yayımının yüksək keyfiyyətlə təmin olunması istiqamətində növbəti yeniliyə imza atıb.
”Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bizimlə söhbətində bildirdi ki, birlik tərəfindən aran Qarabağ bölgəsi sayılan Ağdam, Bərdə və Tərtər bölgəsində, habelə Dağlıq Qarabağın şimal ərazilərində TV kanallarının yayımının daha keyfiyyətli təmin edilməsi məqsədilə tikilən yeni telestansiya yaxın vaxtlarda istifadəyə veriləcək.
Qeyd edək ki, yeni telestansiya Azərbaycan rabitəsinin işğaldan azad olunacaq torpaqlarımızda bərpası planının tərkib hissəsidir.
08/09/11 Çap et