“Kasperski laboratoriyası” Sinqapurda nümayəndəlik açıb
“Kasperski laboratoriyası”nın Sinqapurda açılan yeni ofisi şirkətin dünyada sayca 34-cü nümayəndəliyi olub. Hazırda şirkətin ofisləri beş qitənin 30-dan çox ölkəsində fəaliyyət göstərir. Bu barədə şirkətin məlumatında deyilir.
Yeni ofis şirkətin Sinqapurda inkişafına xidmət edəcək, eləcə də gələcəkdə bölmələrdə tədqiqat və işləmələr mərkəzləri açılacaq. Nümayəndəliyin həmçinin “Kasperski laboratoriyası”nın Sakit okean regionunda mənzil-qərargahı rolunu oynayacağı nəzərdə tutulur.
Bildirilir ki, Sinqapur Sakit okean regionunun Asiya hissəsinin işgüzar mərkəzi olması üçün seçilib. Bununla yanaşı, ölkədə şirkətin sıx əməkdaşlıq etdiyi İnterpolun qlobal innovasiya mərkəzi yerləşir. “Kasperski laboratoriyası”nın mütəxəssislərindən biri artıq İnterpol kompleksinin bazasında çalışır. Bu yaxınlarda ona həmkarları - Sinqapurda tədqiqat qrupunun üzvləri olacaq təhlükəsizlik üzrə digər aparıcı ekspertlər qoşulacaqlar, -
"Computerworld” yazır.