Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” Avropanı pulsuz internetlə təmin edəcək


“Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq Avropanı pulsuz internetlə təmin etmək qərarına gəlib.
 
Avropanı internetə pulsuz çıxışla təmin edəcəyini deyən M.Sukerberq hazırda bu təşəbbüsün həyata keçirilməsinə imkan verən texnologiyaların yaranmasını bildirib, həmçinin reallaşdırılan “Internet.org” layihəsini vurğulayıb.
 
Bu məqsədlə şirkət yaradıcısı layihə üzərində həftədə 50-60 saat işləyir. Onun sözlərinə görə, dünya sahibkarlarının üçdə iki hissəsi kasıb ölkələrdə yaşamasına görə internetə çıxış imkanından məhrumdur.
 
“Layihə bir sıra üstünlüklərə malikdir. Məsələn, təşəbbüs sayəsində təhsil, tibbi informasiya, iş yerlərinə və s. çıxış mümkün olacaq”, - o vurğulayıb.
“Internet.org” layihəsinə artıq Hindistan, Qana, Zambiya, Keniya, Kolumbiya və Tanzaniya qoşulub.
 
Məlumat üçün bildirək ki, “Internet.org” adlanan layihədə “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” sirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.
 
“İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. “Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”, - M.Sukerberq bildirib.
 
Sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır, - "Internetua yazır.  
 




18/04/15    Çap et