Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
NDU-da açıq dərs İKT vasitəsilə tədris olunub
Naxçıvan Dövlət Universitetində (NDU) tarix, filologiya və beynəlxalq münasibətlər fakültələri arasında onlayn bağlantı təşkil olunub.
NDU-dan verilən məlumata görə, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun da iştirak etdiyi onlayn bağlantıya, ingilis dili və jurnalistika ixtisasında təhsil alan tələbələr, həmçinin koreyalı və gürcü tələbələr də qatılıblar.
Qeyd edək ki, aprel ayının 1-dən etibarən universitetin magistr tələbələrinin elmi-pedaqoji təcrübəsinə start verilib. Qoyulan əsas tələblərdən biri də açıq dərslərin İKT vasitəsilə tədrisini təşkil etməkdir. Elə bu ənənəyə sadiq qalaraq, universitetdə onlayn bağlantı təşkil olunub və universitetin ingilis dili ixtisasının II kurs magistrı Turan Şirəliyevanın "İntibah dövrünün dühası –Vilyam Şekspir" mövzusunda açıq dərsi dinlənilib. İngilis dilində aparılan açıq dərsdə dünya ədəbiyyatının ən məşhur dramaturqlarından olan, 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi Vilyam Şekspirin Avropa teatr sənətinin və ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışılıb.
Vilyam Şekspirin həyat və yaradıcılığından bəhs edən slayd maraqla izlənib.
CAHANGİR
18/04/15 Çap et