Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Muxtar respublikada rəqəmli radio yayımına keçidlə bağlı texniki işlər başa çatıb


Naxçıvan Muxtar Respublikası ərazisində rəqəmli radio yayımına keçidlə bağlı texniki işlər başa çatdırılıb və radionun sınaq yayımına başlanılıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə cari ilin ilk rübündə  muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda deyilir.
 
 
Hesabatda həmçinin məlumat verilir ki, Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası 2015-ci ilin ilk rübündə də davam etdirilib, 7 fərdi mənzilə optik kabel xətti çəkilib.
 
 
Bundan əlavə, muxtar respublikada cari ilin ilk rübü ərzində 20 kilometr məsafədə fiber-optik kabel xəttinin çəkilişi aparılıb. Ordubad rayonunun Düylün kəndindəki avtomat telefon stansiyasından Çənnəb kəndinədək 8 kilometr məsafədə yeraltı fiber-optik kabel xəttinin çəkilişi davam etdirilib.
 
 
Hesabatda “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması üzrə işlərin davam etdirilməsi də əksini tapıb.
 
 
CAHANGİR
 




20/04/15    Çap et