Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanı dəyişmiş altı texnologiya


Yeni texnologiyalar dünyanın inkişaf gedişini dəyişdirən əsas alətlər hesab olunur. Məhz elə texnologiyalar var ki, insanların həyatında inqilabı dəyişikliklərə səbəb olub. Bu məqalədə bütünlükdə dünyanı dəyişmiş altı texnologiya təqdim ediləcək.

"GoPro"



 




"GoPro Inc." şirkətinin qurucusu və direktoru Nik Vudman qorunmuş ekşen kameranın ilk versiyasını hələ 2004-cü ildə təqdim edib və o, çəkilən kadrları 35mm-lik nazik plyonkaya yazırdı. İlk rəqəmli "GoPro Digital Hero" qurğusu 2006-cı ildə çıxarılıb və çəkiliş müddəti 10 saniyə ilə məhdudlaşıb. Bu kamera şirkətə 800 min dollar gəlir qazandırıb və 2007-ci ildə Nik Vudman artıq 3,4 milyon dollar qazanıb.
Ancaq "GoPro" şirkəti yalnız 2012-ci ildə (şirkət "Hero 3" kamerasını təqdim edib) əsl uğur əldə edib.
Bu qurğular "Wi-Fi" texnologiyası üzrə smartfon və planşetlərə qoşula bilib və nəticədə kameranın çəkdiyi kadrlara anında baxmaq imkanı yaranıb.

Sudan müdafiə və zərbəyə davamlı kiçikölçülü qurğular dərhal hər yerdə istifadə edilməyə başlanılıb: velosipedçilər bu qurğuları şlemlərinə, yarışçılar maşınlarına birləşdiriblər, sörftçülər "GoPro" kameralarının köməyi ilə dalğalar üzərindəki əyləncələrini çəkiblər. Hazırda "GoPro" şirkətinin alternativi yoxdur. Şirkətin məhsulu de-fakto standart sayılır və qiymətinin baha olmasına baxmayaraq çox vaxt ağır şərtlər altında çəkiliş üçün yeganə mümkün variantdır.
 

"iPad"

 




Hərçənd ki planşet kompüterləri hələ 2002-ci ildən mövcud olub (Bill Qeyts "Windows XP Tablet PC Edition" planşet kompüterini təqdim edib), yalnız 2010-cu ildə "iPad" planşetinin çıxarılması ilə belə qurğuların tamdəyərli bazarı meydana gəlib. Çox vaxt istənilən planşeti "iPad" adlandırırlar.
 
Ən maraqlısı odur ki, planşetin təqdimatı zamanı şirkətin nümayəndələri özləri belə bu qurğunun tətbiq sahələrini təsəvvür etmirdilər. Onlar sadəcə yeni məhsul təqdim etmişdilər və yeni qurğunun tətbiq sahələrini  düşünməyi istifadəçi və mobil tətbiq tərtibatçılarının öhdəsinə vermişdilər. Onlar uğurla bu vəzifənin öhdəsindən gəldilər: indi "iPad",  demək olar, bütün sahələrdə tətbiq edilir: musiqiçilər xüsusi proqram təminatında musiqi yazır, operator və montajçılar çəkdikləri materialı planşetdə izləyirlər və sairə.
 
 
"Xerox"

 




ABŞ-ın "Xerox" şirkəti artıq 100 ildən çox fəaliyyət göstərir 1906-cı ildə ABŞ-ın Roçester şəhərində təsis edilib və o zaman "Haloid Company" adlanıb. Şirkət ilk əvvəllər fotokağız istehsalı ilə məşğul olub və 1961-ci ildən "Xerox" adlanır.
 
1947-ci ildə "Haloid Company" şirkəti ixtiraçı Çester Karlsondan surətçıxarma qurğusunun patentini satın alıb. Sənədlərin kopyalanması prosesi "xerography" (surətçıxarma) adlanıb, Karlson qurğunu "Xerox" adlandırmağı təklif edib.
 
Şirkətin ilk surət aparatı "Model A" 1949-cu ildə çıxarılıb və 1959-cu ildə "Xerox 914" adlı ilk avtomatik ofis surətçıxarma qurğusu bazara çıxarılıb ki, bu da sənədləri kağız üzərinə köçürməyə imkan verib. Bu qurğu ilə şirkət sürətli inkişaf yoluna qədəm qoyub. "Xerox 914" qurğusu o qədər populyar idi ki, 1961-ci ildə şirkətin gəliri təxminən 60 milyon dollar, 1965-ci ildə  artıq 500 milyon dollardan çox olub.
 
Bir neçə il ərzində surətçıxarma texnika bazarı çoxmilyardlı biznesə çevrildi və indi "Xerox"dan başqa İT sənayesinin başqa nəhəngləri də bu bazarda işləyir.
 
 
"Cisco"







Leonard Bosak və Sandra Lerner marşrutlayıcını ixtira etməyiblər (bu qurğusuz qlobal şəbəkədə kompüterlər arasında məlumat mübadiləsi qeyri-mümkündür), ancaq Stenford Universitetinin işçiləri müxtəlif şəbəkə protokolları ilə işləyən ilk kommersiya modeli hazırlayıblar və 1984-cü ildə "Cisco Systems" şirkətini təsis ediblər.
 
Şirkət o qədər uğurla inkişaf edir və geniş spektrdə telekommunikasiya avadanlığı (müxtəlif şəbəkə qurğularından IP telefoniyayadək) istehsal edirdi ki, "Cisco" ümumi ada çevrildi.
 
 
"AdWords"

1998-ci ildə Serqey Brin və Larri Peyc "Google" kimi perspektivli  internet axtarış texnologiyasına malik olmalarına və vençur investorların etibarını qazanmalarına baxmayaraq, gəlir əldə etmirdilər.
 
Ancaq onlar Bill Qrosla görüşərək onun "GoTo.com" şirkəti ilə tanış olublar. Bill Qrossun hazırladığı axtarış sistemi "CPC" ("cost-per-click"; istinada keçidə görə ödəmə) modeli üzrə ödənilən nəticələri göstərən funksiyaya malik olub. Bu tanışlıq məhkəmə ilə bitib, çünki razılaşma əldə olunmayıb: nəticədə "Google" şirkəti sözügedən sistemin analoqunu hazırlayıb. Qrossun şirkəti sonralar "Yahoo! Search Marketing"in reklam məhsullarının bir hissəsi olub.
 
Məhz Brin və Peyc kontekst axtarış reklamını tamdəyərli "self-service" (özünəxidmət) xidmətinə çevirib, internet reklamın bu növü üzrə bir çox mütəxəssis hazırlayıb və onu reklam onlayn bazarının ən böyük seqmentinə çevirib.
 
Kontekst reklamı indi "AdWords" ifadəsi ilə assosiasiya edilib.
 
 
 
"Facebook"


Son onilliyin ən önəmli internet məhsullarından biri milyardlarla insanın həyat tərzini dəyişmiş "Facebook" sosial şəbəkəsidir.
 
 
Emil Hüseynov
 
 

 
 
 
 
 
 




20/04/15    Çap et