Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dənizkənarı Milli Park simsiz internetlə təmin olunacaq


Bakının bulvarının gəzinti katerləri simsiz internetlə təmin olunacaq. Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.
 
Qeyd olunub ki, layihə hazırlanma mərhələsindədir və Avropa Oyunlarına qədər işlər başa çatacaq.
 
Katerlərin böyük əhatə dairəsinə malik gücləndirilmiş antenlərlə təmin olunması nəzərdə tutulub ki, bununla da sərnişinlərin hərəkət marşrutu zamanı internetə maneəsiz girmək imkanı olacaq.
 
Bütün bulvar ərazisinin pulsuz internetlə təmin olunmasına gəldikdə isə İdarədən bildiriblər ki, ərazidə olan obyektlər özləri "Wi-Fi" qurğuları quraşdırırlar:

“Bütün bulvar ərazisinin internetlə tam təmin olunması üçün xüsusi antenlərin quraşdırılması tələb olunur ki, bu məsələ hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də İqtisadiyyat və Sənayə Nazirliyinin nəzarətindədir".





21/04/15    Çap et