Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
EMEA regionunda kompüter bazarının həcmi azalıb
“International Data Corporation” (“IDC”) tədqiqat şirkətinin analitikləri bildiriblər ki, “EMEA” regionunda fərdi kompüter (FK) bazarı yenidən mənfi dinamikaya geri qayıdıb.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ilin birinci rübündə istehsalçılar Avropa, Yaxın Şərq və Afrika ölkələrinə təxminən 20,2 milyon FK tədarük ediblər. İllik hesablama üzrə 7,7 faizlik eniş qeydə alınıb ki, ekspertlər bunu gözlənilən adlandırıblar, çünki korporativ sektorda kompüter sistemlərinin yenilənmə tempi zəifləyib.
Mərkəzi və Şərqi Avropa, Afrika və Yaxın Şərqdə siyasi gərginlik, həmçinin dolların məzənnəsinin artımı problem yaradır.
EMEA regionuna noutbukların rüblük tədarükü 3,6 faiz və masaüstü kompüter seqmentinin həcmi 14 faiz azalıb.
EMEA regionunda ən böyük kompüter satıcısı “HP” korporasiyasıdır.
Emil Hüseynov
21/04/15 Çap et