Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb


“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC ilə bağlı işlər hesabat dövründə davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan Abşeron  rayonu, Qobu qəsəbəsindəki 15,0 ha torpaq sahəsi, bu sahədə yerləşən “Qamma Şüalanma Kompleksi” yarımçıq tikililər avadanlıqlarla birlikdə QSC-nin balansına verilib.

Mərkəzin laboratoriyalarında yüksək temperaturlarda materialların xassələrini  öyrənməyə imkan verən yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər LTD” şirkəti ilə müqavilə bağlanılıb və aprel ayının sonunadək avadanlıqların Mərkəzə təhvil veriləcəyi nəzərdə tutulur.
 
Həmçinin Fransanın AREVA şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və razılaşdırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim olunub.
 
 




22/04/15    Çap et