Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin “Facebook” səhifəsi yaradılıb


Aprelin 1-dən Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi “Facebook” səhifəsi  fəaliyyətə başlayıb.
 
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Facebook” sosial şəbəkəsində yeni səhifənin yaradılmasında əsas məqsəd BPQMİ-nin həyatında baş verən yeniliklər, baş idarənin və regional şöbələrin fəaliyyəti, iş prinsipləri barədə vətəndaşları ətraflı və dolğun şəkildə məlumatlandırmaq, onların sual, təklif və şikayətlərini operativ olaraq cavablandırmaqdır. 
 
 
Fəaliyyət göstərdiyi qısa müddətdə, baş idarənin “Facebook” səhifəsi internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Artıq səhifəyə qoşulanların sayı 3000 nəfəri keçib, vətəndaşlardan 100-ə yaxın sual daxil olub və aidiyyəti əməkdaşlar tərəfindən cavablandırılıb. 
 
 
Qeyd edək ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, eyni zamanda, vətəndaşların ümumvətəndaş pasportları ilə təmin olunması ilə bağlı işləri həyata keçirir.
 
 
CAHANGİR
 




22/04/15    Çap et