“Kasperski laboratoriyası” Azərbaycana rəsmi nümayəndə təyin edib
“Kasperski laboratoriyası” şirkəti Müşfiq Məmmədovu Azərbaycana rəsmi nümayəndə təyin edib.
Nümayəndənin əsas vəzifəsi şirkətin regionda biznesinin inkişafı və korporativ və istifadəçi mühafizə həllərinin tanıdılması üzrə strategiyanın hazırlanması və həyata keçirilməsi olacaq.
Rəsmi nümayəndə şirkətin potensial sifarişçi və tərəfdaşları ilə sıx əməkdaşlıq edəcək. Əsas diqqət isə korporativ müştərilər və dövlət müəssisələri ilə işə yönəldiləcək. O, həmçinin şirkətin Azərbaycanda marketinq fəaliyyətini dəstəkləyəcək və koordinasiya edəcək.
M.Məmmədov İT sahəsində fəaliyyətinə 10 il əvvəl başlayıb. O, rəsmi nümayəndə vəzifəsinə təyin olunmamışdan əvvəl dörd il “Azercell Telekom” mobil rabitə operatorunun diler şəbəkələrində satış və servis dəstəyinin idarəetməsi ilə məşğul olub, bundan əvvəl isə “N-link” şirkətində satış və servis şöbəsinin direktoru vəzifəsini tutub, - "Computerworld
www.osp.ru” yazır.