Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” mobil operator olmaq niyyətindədir


"Google" şirkəti ABŞ-da "Project Fi" adlı mobil rabitə xidmətini təqdim edib. "Project Fi" layihəsi ABŞ-ın "T-Mobile" və "Sprint" operator şəbəkələrinə, həmçinin "Wi-Fi" giriş nöqtələrinə əsaslanır.
 
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, hazırda yeni xidmət yalnız "Motorola Nexus 6" smartfonlarında işləyə və sözügedən xidmətə dəvət üzrə qoşulmaq mümkündür.
 
 120-dən çox ölkədə aylıq 20 dollar ödəməklə xidmət üzərindən zəng etmək və mesaj göndərmək mümkündür. Bundan başqa, trafikə görə əlavə ödəniş etmək lazımdır. "Google" şirkəti 1 QB trafiki 10 dollara təklif edir. Bu halda istifadəçi yalnız istifadə etdiyi trafikin pulunu ödəyəcək. Məsələn, əgər 3 QB trafik paketinin 1.4 QB-nı istifadə edibsə, o zaman 16 dollar onun hesabına geri qaytarılacaq.
 
Emil Hüseynov
 

 
 




23/04/15    Çap et